Türkiyədə terrorçular beşulduzlu otelə hücum ediblər
Terrorçu Fəhlə Kürd Partiyasının (PKK) üzvləri Türkiyənin Diyarbəkir vilayətində beşulduzlu otelə hücum ediblər.
Bu haqda 1news.az Milliyet qəzetinə istinadla xəbər verir ki, otel antiterror əməliyyatları keçirilən ərazidə yerləşir. Bu səbəbdən otelin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Lakin otelin damında polis snayperləri olub ki, onlar da planlı olaraq PKK üzvlərini məhv edirdilər. Cavab olaraq da terrorçular oteli qumbaraatanlardan atəşə tutublar. Bu da mehmanxanada yanğına səbəb olub.
Nəşrin məlumatına görə, vilayətdə atışmalar bu gün də davam edir. Həmin ərazidə 56-cı gündür ki, komendant saatı tətbiq olunub.
1news.az
918