Azərbaycan millisi “Antalya Cup” turnirinin qalibi olub | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan millisi “Antalya Cup” turnirinin qalibi olub

18:33 - 28 / 01 / 2016
Azərbaycan millisi “Antalya Cup” turnirinin qalibi olub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Antalya Cup” turnirinin qalibi adını qazanıb.

1news.az-ın məlumatına görə, yığmamız bu gün turnirdə son oyununu keçirib. Bəhreynin U-20 komandası ilə qarşılaşan futbolçularımız 4:0 hesabı ilə qalib gəlib. Qolları Taşkın İlter, Elnur Cəfərov, Ruslan Nəsirli və Abbas Hüseynov vurub.

Xatırladaq ki, yığmamız turnirin ilk oyununda Ukraynanın U-21 komandasını 2:1, ikinci qarşılaşmada Səudiyyə Ərəbistanının U-20 komandasını 3:0, üçüncü görüşdə isə Albaniyanın U-21 yığmasını 4:0 hesabı ilə məğlub etmişdi.

1news.az

 

Paylaş:
755

Son xəbərlər

Bütün xəbərlər