Silk Way Travel-dan Türkiyə kurortlarına 199 dollardan başlayan sərfəli təklif | 1news.az | Xəbərlər
İqtisadiyyat

Silk Way Travel-dan Türkiyə kurortlarına 199 dollardan başlayan sərfəli təklif

11:18 - 28 / 01 / 2016
Silk Way Travel-dan Türkiyə kurortlarına 199 dollardan başlayan sərfəli təklif

Bakı - Silk Way Travel turizm şirkəti türk partnyoru Summer Tour ilə birgə Türkiyənin populyar kurortları Antalya, Bodrum, İzmir, Kuşadası, Alanya, Dalaman, Marmaris və Fəthiyəyə çox sərfəli səyahət paketləri təklif edir.

Silk Way Travel şirkətinin mətbuat xidmətindən 1news.az-averilən məlumata görə, aksiya çərçivəsində səyahət paketlərini 8 gün / 7 gecə müddətinə aşağıdakı qiymətlərlə almaq mümkündür:

• 3 ulduzlu hotel: 199 dollardan başlayaraq*

• 4 ulduzlu hotel: 249 dollardan başlayaraq*

• 5 ulduzlu hotel: 299 dollardan başlayaraq*

* Qiymət nömrədə 2 nəfər qalmaq şərti ilə 1 şəxs üçün göstərilmişdir.

Qiymətə hər iki tərəfə birbaşa uçuş (AZAL aviaşirkəti), hava limanı-otel-hava limanı transferi, oteldə qalma və tibbi sığorta daxildir. Müddət: mayın 21-dən iyunun 15-dək və sentyabrın 1-dən 30-dək.

Aksiya çərçivəsində əlavə bonuslar da mövcuddur. Belə ki, "5 ulduz" kateqoriyalı otellərin bir çoxunda iki böyük bir otel nömrəsində yerləşdirildikdə, iki uşaq (16 yaşa kimi) üçün yer pulsuz təqdim olunur. 35-dən çox oteldə standart otel nömrəsinin (Standart Land View) rezervasiyası zamanı nömrənin dəniz mənzərəli (Standart Sea View) otel nömrəsinə pulsuz dəyişdirilməsi imkanı təklif olunur.

Bununla yanaşı, Silk Way Travel aksiyadakı səyahət paketlərinə daxil olmayan digər otellərdə 60 faizə qədər endirimlə erkən rezervasiya ilə Türkiyə kurortlarına digər səyahət paketlərinin satışına başlayır.  Şirkətdən bildirildiyi kimi, erkən rezervasiya ilə qiymətlər bu il ötən ilə nisbətən 20-40 faiz aşağıdır.

"Müasir tendensiyalar Avropadan olan turistlərin əksəriyyətinin erkən rezervasiyaya üstünlük verdiyini göstərir. Bu ənənə ölkəmizdə də kök salmağa başlayır. Səyahət paketlərinin erkən rezervasiyası  planlaşdırılan büdcə daxilində əhəmiyyətli dərəcədə qənaət etmək və ya daha yüksək səviyyəli istirahət seçmək imkanı verir", - Silk Way Travel şirkətinin direktoru Şirzad Əfəndiyev bildirmişdir.

Daha ətraflı məlumat almaq üçün  Silk Way Travel ilə aşağıdakı telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərlərsiniz:

(+99412) 598-88-80;  (+99412) 437-40-85; *8880;

Email: [email protected];

1news.az

Paylaş:
1370

Son xəbərlər

Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18
Bütün xəbərlər