İlham Əliyev İbrahim İbrahimova Prezidentin fərdi təqaüdünün verilməsi haqda sərəncam imzalayıb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev İbrahim İbrahimova Prezidentin fərdi təqaüdünün verilməsi haqda sərəncam imzalayıb

20:21 - 02 / 02 / 2016
İlham Əliyev İbrahim İbrahimova Prezidentin fərdi təqaüdünün verilməsi haqda sərəncam imzalayıb

Prezident İlham Əliyev İ.E.İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

"1. Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə İbrahim Eldar oğlu İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

President.az

Paylaş:
888

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər