İlham Əliyev Yunanıstanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Yunanıstanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

22:06 - 02 / 02 / 2016
İlham Əliyev Yunanıstanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Prezident İlham Əliyev Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

Prezident İlham Əliyev Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirdi. Azərbaycan ilə Yunanıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı səfər zamanı əməkdaşlığımızın bir çox sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirə ediləcəyini bildirdi.

Yunanıstanın iki prezidentinin Azərbaycana rəsmi səfərə gəldiklərini, özünün isə iki dəfə Yunanıstanda rəsmi səfərdə olduğunu xatırlayan Prezident İlham Əliyev bunu əlaqələrimizin yaxşı göstəricisi kimi qiymətləndirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etdi.

Ölkələrimizin qədim tarixə və özünəməxsus mədəniyyətə malik olduqlarını qeyd edən Yunanıstanın xarici işlər naziri Nikos Kotzias xalqlarımızın bir çox ümumi dəyərlərə sahib olduğunu və əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün bu potensialdan səmərəli surətdə istifadə etməyin vacibliyini vurğuladı.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

President.az

Paylaş:
728

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər