Formula-1 yarışının könüllülər mərkəzinin açılışı oldu- FOTO | 1news.az | Xəbərlər
İdman

Formula-1 yarışının könüllülər mərkəzinin açılışı oldu- FOTO

10:35 - 03 / 02 / 2016
Formula-1 yarışının könüllülər mərkəzinin açılışı oldu- FOTO

Baku City Circuit (BCC)-nin əməliyyat şirkətinin məlumatına görə, Formula-1 yarışları üzrə Avropa Qran-Prisinin Könüllülər Mərkəzi açılıb. Bura könüllülər proqramı iştirakçıları üçün yarış müddətində ev olacaq.

Sportbox.az Synergy Partnership-ə istinadən xəbər verir ki, ilkin seçimlərdən keçən namizədlər 2016-cı ilin ən mühüm idman hadisəsində iştirak etmək üçün gələcək seminar hazırlıqlarına dəvət olunacaq.

BCC könüllüləri 1 iyun 2016-cı il Formula-1 üzrə Avropa Qran-prisinə qoşulmaqla Azərbaycan tarixində iz qoymağa çağırıb.   

Baku City Circuit enerjili,yoldaşlıq atmosferi yarada biləcək insanları 17-19 iyun 2016-cı ildə keçiriləcək yarışda  könüllülük proqramına dəvət edir. Könüllük proqramına yarışların başlanmasından 6  ay əvvəl start verilib. Proqramda iştirakın təsdiqi onlayn formada  www.bakucitycircuit.com/volunteers saytında qeydiyyatdan keçməklə mümkündür.

Könüllülər Mərkəzinin açılışında iştirak edən Gənclər və İdman naziri Azad Rəhimov bildirib: “Azərbaycan tarixində ilk dəfə keçirilən Formula-1 yarışında köllü kimi iştirak etmək qlobal avtodünya tədbirinin bir parçası olmağa imkan verir. Könüllük proqramı gənclərə imkan verir ki, öz ölkələrinin idman tarixinə öz töhfəsini versin”.

SIAR –nın keçirdiyi sorğu nəticəsində məlum olub ki, könüllülər iti miqyaslı idman tədbirinin keçirilməsində mühüm rol oynayacaq. Bu da öz növbəsində ölkəmizin dünya arenasındakı mövqeyinə təsir edə bilər. Bundan əlaqvə Bakı sakinlərinin yarısı (onların əksəriyyətini 34 yaşa qədər insanlar təşkil edir) 2016 Avropa Qran Prisində könüllü olmaq istərdi.

Könüllülər Mərkəzi gün ərzində minlərlə müsahibə keçirməklə yayda Azərbaycanda keçiriləcək Formula-1 yarışına 5000 könüllü cəlb etmək niyyətindədir. Hal-hazırda 7000-ə yaxın insan proqramda iştirak üçün müraciıət edib.

Könüllülər Formula-1 yarışı üzrə Avropa Qran-Prisinin bütün sferalarında, o cümlədən qonaqların və yüksək vəzifəli şəxslərin qarşılanması, tamaşaçı və KİV nümayəndələrinə kömək göstərilməsi və s. sahələrə cəlb olunacaq.

Sportbox.az

Paylaş:
2354

Sizin üçün xəbərlər

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər