Yaponiya Silahlı Qüvvələri döyüşə tam hazır vəziyyətə gətirilib
Yaponiyanın müdafiə naziri Qen Nakatani Şimali Koreyanın raket buraxmaq planı ilə əlaqədar Silahlı Qüvvələrin döyüşə tam hazır vəziyyətdə gətirilməsinə dair əmr verib.
“Baş verə biləcək istənilən hadisəyə reaksiya verməyə tam hazır olmalıyıq. Şimali Koreya BMT-nin qətnamələrinə ciddi şəkildə riayət etməlidir”, deyə nazir bildirib.
1news.az xəbər verir ki, ötən gün rəsmi Pxenyan orbitə peyk buraxmaq planı barədə Beynəlxalq Dəniz Təşkilatını və Beynəlxalq Telekommunikasiya İttifaqını məlumatlandırıb. Peykin orbitə buraxılışı fevralın 8-dən 25-dək planlaşdırılır.
RİA Novosti
742