Azərbaycan Prezidenti Londonda keçiriləcək Suriya üzrə donor konfransında iştirak edə bilər | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti Londonda keçiriləcək Suriya üzrə donor konfransında iştirak edə bilər

01:02 - 03 / 02 / 2016
Azərbaycan Prezidenti Londonda keçiriləcək Suriya üzrə donor konfransında iştirak edə bilər

Fevralın 4-də Azərbaycan Prezidentinin Suriya üzrə donor konfransında iştirak etmək məqsədilə Londona səfəri planlaşdırılır.

Bu haqda 1news.az-a Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq məlumat verib.

Qeyd edək ki, fevralın 4-də Böyük Britaniyanın paytaxtında İngiltərə, Almaniya, Norveç, Küveyt və BMT-nin təşkili ilə Suriya üzrə donor konfransı keçiriləcək.

Konfransda regionda humanitar və təhsil layihələrinin həyata keçirilməsi, eləcə də iş yerlərinin yaradılması ilə bağlı müzakirələr aparılacaq.

Eyni zamanda, Suriyadan olan qaçqınlara yardım məqsədilə vəsaitlərin toplanması məsələsi də müzakirə olunacaq.

1news.az

Paylaş:
744

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər