“Neftçi” Çingiz Abdullayevin Facebook statusu ilə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Futbol

“Neftçi” Çingiz Abdullayevin Facebook statusu ilə bağlı bəyanat yayıb

18:47 - 04 / 02 / 2016
“Neftçi” Çingiz Abdullayevin Facebook statusu ilə bağlı bəyanat yayıb

“Neftçi” klubu Müahidə Şurasının sədri Çingiz Abdullayevin Facebook statusu ilə bağlı bəyanat yayıb.

 

1news.az-ın məlumatına görə, mövcud vəziyyətə aydınlıq gətirmək və ictimaiyyəti məlumatlandırmaq məqsədilə yayılan bəyanatda deyilir:

 

“1. Çingiz Abdullayev bir sıra ictimai təşkilatlara rəhbərlik etməklə yanaşı, “Neftçi” PFK-nın Müşahidə Şurasının sədridir. Çingiz Abdullayevin feysbukdakı paylaşımında yer alan “4 uşaq atasının ixtisara salınması haqqında sənədə qol çəkə bilməzdim” fikrinin “Neftçi” PFK-ya heç bir aidiyyatı yoxdur. Bu məsələdə klubun adının hallandırılması düzgün deyil.

 

2. “Neftçi” PFK-ya işçilərin işə qəbul edilməsi və yaxud onların işdən kənarlaşdırılması klubun Müşahidə Şurası sədrinin və üzvlərinin səlahiyyətlərinə daxil deyil. Müşahidə Şurası klubun işçi ştatını, struktur cədvəlini təsdiq edir.

 

3. Klubun yeməkxanasındakı 5 əməkdaşın işdən kənarlaşdırılması haqqında deyilənlər isə tam əsassızdır. Bildiririk ki, yeməkxanada çalışan 5 yox 2 əməkdaş (aşpaz və mətbəx üzrə cavabdeh şəxs) 30.04.2015-ci il tarixində məhz öz xahişləri ilə işdən çıxıblar.

 

4. “Neftçi” PFK komanda üzvlərinin və işçilərin qida təminatını həyata keçirmək və eyni zamanda maliyyə xərclərinin optimallaşdırılması məqsədi ilə qida təminatçısı olan podratçı şirkətlə müqavilə imzalayıb. Nəticədə qida üçün ayrılan maliyyə vəsaitinə qənaət edilməsi ilə yanaşı, klubun bazasında bütün əməkdaşların yeməklə təminatı mümkün olub”.

 

1news.az

 

Paylaş:
1030

Sizin üçün xəbərlər

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər