Hacı Əliyev ilin ilk reytinq siyahısında liderdir
Dünya Güləş Birliyi 2016-cı ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.
1news.az-ın məlumatına görə, sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub.
Ən yaxşı göstərici ötən ilki Dünya çempionatında ikinci çempionluğunu qazanan Hacı Əliyevdədir. O öz çəkisində reytinqin birincisidir.
Dünya çempionatının gümüş medalını qazanan Cəmaləddin Məhəmmədov reytinqdə də ikinci sırada mövqeyini qoruyub. Komandanın kapitanı Xetaq Qazyumov isə öz çəkisinin reytinqində üçüncü pillədə qərarlaşıb.
Olimpiya çempionlarımız Toğrul Əsgərov və Şərif Şərifovun da mövqelərində dəyişiklik baş verməyib. Güləşçilərimiz müvafiq olaraq 4-cü və 6-cı yerlərdə qərarlaşıblar.
61 kq
1. Hacı Əliyev - Qızıl Qran Pri 1-ci yer (1)
65 kq
4. Toğrul Əsgərov - Qızıl Qran Pri 2-ci yer (4)
19. Coşqun Əzimov - Əli Əliyev turniri 1-ci yer (18)
70 kq
12. Ruslan Dibirhacıyev - Avropa Oyunları 3-cü yer (10)
74 kq
13. Cəbrayıl Həsənov - Qızıl Qran Pri 1-ci yer (13)
86 kq
7. Məhəmmədhacı Xatiyev - Dünya çempionatı 5-ci yer (5)
14. Aleksandr Qostiyev - Qızıl Qran Pri 1-ci yer (13)
18. Nurməhəmməd Hacıyev - Qızıl Qran Pri 2-ci yer (16)
97 kq
3. Xetaq Qazyumov - Dünya çempionatı 3-cü yer (3)
6. Şərif Şərifov - Qızıl Qran Pri 2-ci yer (6)
125 kq
2. Cəmaləddin Məhəmmədov - Qızıl Qran Pri 2-ci yer (2)
Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
1news.az