Buzadırmanma üzrə açıq Azərbaycan çempionatı başa çatıb – FOTO
Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə 6-7 fevral tarixlərində keçirilən IX Buzadırmanma üzrə açıq Azərbaycan çempionatı başa çatıb.
1news.az-ın məlumatına görə, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi çempionatda FAİREX-in prezidenti, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak edib.
İki gün davam edən yarış oğlanlar və qızlar arasında keçirilib. Gənclərin böyük maraq göstərdiyi Çempionatda idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qətiyyət, məharət və ustalıq nümayiş etdiriblər.
Qeyd edək ki, çətinlik mərhələsi üzrə təsnifat-seçim yarışını müvəffəqiyyətlə keçən idmançılar növbəti yarımfinal mərhələsinə vəsiqə qazanıb. Daha sonra Çempionat final mərhələsi ilə davam edib.
Yarışın sonunda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub.
Çempionatın nəticələrini təqdim edirik:
Oğlanlar:
1.Rinat Rəhimxanov (Qafqaz İdman Klubu) - I yer
2.Ramay Rəhimxanov (Qafqaz İdman Klubu) - II yer
3.Rauf Zeynalov (Delfin İdman Klubu) – III yer
Qızlar:
1.Leyla Əhmədova (Qafqaz İdman Klubu) - I yer
2.Fidan Novruzova (Qərb Universteti İdman Klubu) - II yer
3.Süsən Əliyeva (Rock Stoun İdman Klubu) - III yer
1news.az