Hakimlərimizə yeni təyinat | 1news.az | Xəbərlər
İdman

Hakimlərimizə yeni təyinat

16:13 - 08 / 02 / 2016
Hakimlərimizə yeni təyinat

FIFA referisi Rəhim Həsənov və FIFA referi köməkçisi Namiq Hüseynov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinə təyinat alıb.

1news.az-ın məlumatına görə, hakimlərimiz martın 23-dən 30-dək Hollandiyada keçiriləcək 4-cü qrupun oyunlarında iştirak edəcəklər.

Bu qrupda Hollandiya, Polşa, Ukrayna və Şimali İrlandiya yığmaları mübarizə aparacaq.

1news.az

Paylaş:
794

Son xəbərlər

Bütün xəbərlər