Millimiz Avropa çempionatında Rusiya yığması ilə qarşılaşacaq | 1news.az | Xəbərlər
İdman

Millimiz Avropa çempionatında Rusiya yığması ilə qarşılaşacaq

09:32 - 08 / 02 / 2016
Millimiz Avropa çempionatında Rusiya yığması ilə qarşılaşacaq

Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb.

1news.az-ın məlumatına görə, İtaliya yığmasının 7:0 hesablı qələbəsindən sonra Çexiya komandası qrupda sonuncu, millimiz isə ikinci yeri tutub.

1/4 final mərhələsində millimiz Rusiya yığması ilə qarşılaşacaq. Fevralın 9-da Serbiyanın Belqrad şəhərindəki “Belqrad Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

1news.az

Paylaş:
625

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər