Ərdoğan ABŞ-ı Türkiyə və kürdlər arasında seçim etməyə çağırıb
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Vaşinqtona Türkiyə və kürdlər arasında seçim etməsi çağırışını verib.
Bu haqda Associated Press xəbər yayıb.
“O, Cenevrə danışıqları zamanı Kobaniyə gəlir və kürd generalları mükafatlandırır? Biz necə güvənə bilərik? Sizin tərəfdaşınız mənəm, yoxsa Kobanidəki terrorçulardır?”, - ərdoğan bildirib.
Türkiyə dövlət başçısının bu bəyanatı amerikalı diplomat Bret MakQarkın Suriyanın Kobani şəhərini nəzarətdə saxlayan kürd Demokratik İttifaqının üzvlər ilə görüşü fonunda səsləndirilib.
Anlara kürd Demokratik İttifaqını terror təşkilatlara aid edir və onu Kürd Fəhlə Prtiyası ilə əlaqələndirir. Kürdlər Kobanidən İŞİD terror təşkilatının silahlılarını çıxarandan sonra Ankara Suriyada kürd muxtar vilayətinin yaranmasından ehtiyat edir.
1news.az