Azərbaycanda bəzi uşaqların məktəbə getməməsinin günahkarı kimdir? | 1news.az | Xəbərlər
Köşə

Azərbaycanda bəzi uşaqların məktəbə getməməsinin günahkarı kimdir?

17:17 - 09 / 02 / 2016
Azərbaycanda bəzi uşaqların məktəbə getməməsinin günahkarı kimdir?

Təəssüflər olsun ki, bugünkü reallıq belədir – Azərbaycanın bir sıra rayonlarında, eləcə də Bakı ətrafı qəsəbələrdə məktəblərə davamiyyəti nəzarət etmək praktiki olaraq çətinləşib.

Apardığımız təhlilər də buna sübutdur. Bu haqda məqalədə tanış olmaq olar. 

Uşaqların məktəbə getməməsinin əsas səbəbləri

Uşaqların məktəbə getməməsinin əsas səbəbləri kimi bunları göstərmək olar – ölkə əraizisində ailəsinin olmaması, respublika daxilində miqrasiya, xəstəlik, ailənin ağır maddi vəziyyəti və yaxud da valideynin məsuliyyətsizliyi.

Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxışlarının birində qeyd etdiyi kimi, bəzi ailələr uşaqlarını məktəbdən yayındıraraq onları erkən əməyə cəlb edirlər.

“Bəzən valideynlər övladlarının dini təhsil almalarına üstünlük verirlər”, - o, sözlərinə əlavə etdi.

Bundan əlavə, Azərbaycanın bir sıra bölgələrində əsasən də adət-ənənələrə güclü riayət olunduğu  cənub regionu və Bakı ətrafı qəsəbələrində valideynlər qız övladlarını məktəbə getməkdən yayındıraraq, onları erkən nikaha sövq edirlər.

“İcbari təhsilin məsuliyyətini yalnız dövlət deyil, eyni zamanda valideynlər də daşıyırlar”, - parlamentin vitse-spikeri bildirib.

Lakin, təcrübə göstərir ki, daha çox valideynləri müxtəlif səbəblərlə bağlı Azərbaycan rayonlarını tərk edərək paytaxta yaxın ərazilərdə yerləşən uşaqların davamiyyətinə nəzarət etmək çətin olur. Bu cür uşaqları məktəbə getməməsi demək olar ki, qaçılmaz hal olur. Onların daimi ünvanları olmadığı üçün məktəb rəhbərliyi tərəfindən aşkar edilməsi isə çox çətin olur.

Bəs kimi bu uşaqların qırılmış taleyi və oğurlanmış gələcəkləri ilə bağlı məsuliyyət daşıyır? Valideynlər, Təhsil Nazirliyi, hansısa qurumlar yoxsa qanunvericilikdəki boşluqlar?

Qanun bu haqda nə deyir?

Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 32-ci bəndinə əsasən valideynlər təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisasını, təhsilin formasını və təlimin dilini seçməkdə azad hüquqlara malikdirlər.

Başqa sözlə, qanunvericilik qeydiyyatda olduğun ərazidəki mətkəbə getməklə bağlı məcburiyyət göstərilmir. Bununla belə, məktəblərdə mikroregionlarda yaşayan şagirdlərlə bağlı məlumat bazası yoxdur.

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, təhsil müəssisələrini seçməklə bağlı valideynlərə seçim azadlığı verir, buna görə də Təhsil nazirliyi və ona tabe olan qurumlar təklikdə məktəbə gəlməyən şagirləri müəyyən edə bilmirlər. Bu qurumların bunun üçün lazımi səlahiyyətləri yoxdur.  

Aydın məslədir ki, ölkədaxili miqrasiya ilə bağlı problemlər əsasən də iqtisadi səbələrlə bağlıdır – buna görə də valdieynlər işədüzəlmə ilə bağlı yaşayış yerlərini tərk edirlər. Lakin bu hallarda daha çox uşaqlar əziyyət çəkir.

Qeydiyyat ünvanı üzrə işləməyən valideynlərin çox vaxt daimi yaşayış yeri olmur, bu da həmin vaideynlərin övladlarının məktəbə davamiyyətinə nəzarətdə özünü büruzə verir.

Bu cür hallarda məsuliyyətin böyük hissəsi təbii olaraq valideynlərin üzərinə düşür. Bununla belə, qeyd etmək lazımdır ki, müvafiq dövlər qurumları da bu prosesə nəzarət etmələrinin rolu vacibdir.

Azərbaycan Respublikasının “Yaşayış qeydiyyatı və yaşayış yeri haqda” Qanununun 10-cu maddəsinə əsasən, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal qeydiyyata almalı və bu barədə onun şəxsiyyət vəsiqəsinin arxa tərəfində müvəqqəti qeyd aparmalıdır.

Vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.

Lakin, bilməməkdən və ya məsuliyyətsizdən irəli gələrək qanunun bu tələbinə riayət olunmur.

Buna görə də müvafiq orqanlar bu prosesə ciddi nəzarət etməlidir. Onlar birləşərək müəyyən etməldir ki, bu ərazidə yaşayan uşaqlar məktəbə gedib-getmədikləri aydınlaşmalıdır. Əgər uşaqların məktəbə getməməkləri aşkar olunarsa, bu da aydınlaşdırılmaldır ki, onlar hansı səbəbdən dolayı dərs buraxırlar. Bunun üçün də, uşaqların haqqını qoruyan orqanların fəaliyyəti gücləndirilməldir.

Təhsil Nazirliyindən bildirdilər ki, nazirlik bütün respublika üzrə şagirdlərin məlumat bazasına malikdir. Buna görə də yerli orqanlar aylıq və ya rüblük olaraq regional təhsil müəssisəsinə uşaqların ümumi sayı haqda məlumat göndərərsə, bu zaman onlardan neçəsinin məktəbə getmədiyinin səbəbləri aşkarlana bilər.

Problemi necə həll etmək olar?

Məktəbə gəlməyən şagirdlərlə bağlı problemi həll etmək üçün Milli Məclis ötən ilin dekabrın əvvəlində İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi qəbul etdi. Dəyişikliyə əsəsən, ay ərzində şagirdlərin məktəbi 7 gün buraxması aşkarlanarsa bu zaman valideynlər 100 manat civarında cərimə olunacaq.

Bir çox ekspertlər bu metodu qeyri-effektiv və səmərəsiz hesab edir.

Məsələn, Milli Məclisin sosial siyasət komitəsinin üzvü millər vəkili Elmira Axundova bildirib ki, çox güman ki, böyük siniflərdə imkanlı valideynlər əvvəldən direktora cərimə pulunu ödəyərək uşaqlarının rahat hazırlığı getməyinə şərait yaradacaq.

Təhsil sahəsində ekspert, Azərbaycan Müstəqil Müəllimlər Birliyinin sədri (AMMB) Məlahət Mürşüdlü də belə bir qanun layihəsinin qəbul olunmasının əleyhinə çıxıb.

“Birincisi, bu pedaqoji baxımdan effektiv deyil. Cünki cərimələr məktəbə davamiyyətsizlik problemini həll edə bilməz. Bu yalnız rüşvət almaq üçün əlavə imkan yaradır. Şagirdlərin dərsə davamiyyətini təmin edən başqa bir yol olmalıdır.

Məsələn, Türkiyə məktəblərində cərimə yoxdur, amma şagird 29 gündən artıq məktəbə gəlmirsə növbəti ilə qalır. Bu onunla izah edilir ki, dərslərə ara verən şagird keçilən materilalı lazımı qədər mənimsəyə bilməz. Cəriməyə gəlincə, bu kökündən yanlışdır, övladı dərsə buraxdığına görə valideyndən cərimə almaq doğru deyil”, - deyə o, qeyd edib.

Ekspertin sözlərinə görə məktəbə gəlməməyin müxtəlif səbəbləri ola bilər.

“Bəlkə ailə imkansızdır və uşağın məktəbə gəlmir və həmim müddətdə hardasa işləyir. Mürəkkəb iqtisadi şərait də nəzərə alınmalıdır. Belə hal da ola bilər ki, valideynlərin uşağa isti geyim ya ayaqqabı almağa pulu yoxdur, köhnəsi isə əyninə olmur. Onların dərs vəsaiti almağa imkanı olamaya bilər”, - o, bildirib.

Təhsil nazirliyində qeyd olunub ki, bir neçə ay ərzində nazirliyə aztəminatlı ailələrdən bu məslə ilə bağlı 12 müraciət daxil olub. Nazirliyin maddi yardımı nəticəsində həmin ailələrin uşaqları məktəbə gəlib və işıqlı gələcəyə ümidləri yaranıb.

Lakin Təhsil Nazirliyi bütün aztəminatlı ailələrə yardım etmək və onların övladlarını məktəbə cəlb etmək imkanında deyil.

Bu məsələdə Azərbaycan Dövlət Sosial Müdafiə Fondu kimi qurumların aktiv  iştirakı vacibdir.Qanunvericiliyə görə işsizlik, uşaqlara qulluqla bağlı müavinətlərin verilməsi onların səlahiyyətinə daxildir, Əmək və Əhilinin Sosial Müdafiəsi Nazirliyi, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Polisin uşaqlarla bağlı böılməsinin əməkdaşları,  yerli icra orqanları nəzdində yetkinlik yaşına çatmayanların işləri üzrə komissiya, QHT və qurumların iştirakı vacibdir.

Dünya təcrübəsinə müraciət edək:

ABŞ-da şagirlərin dərsə davamiyyətsizliyi məsləsinə çox ciddi yanaşırlır.

ABŞ-da dərsə gəlməyən şagirdin valideyni nəinki cərimə ödəyirt, hətta qısa müddət azadlıqdan məhrum edilə bilər.

ABŞ-da bütün sagirdlərin özəl, yaxud dövlət məktəbinə getməyindən asılı olmayaraq xüsusi vəsiqəsi var. Dərs buraxmaq probleminin həllində polis də iştirak edir.Polis çox vaxt dərs zamanı küçədə olan uşaqları yoxlayır.

İrlandiyada davamiyyətlə bağlı problemin həllində maraqlı vasitədən – valideynlərə sms məlumat göndərməkdən istifadə olunur. Malaziyada məktəbdə dərs buraxma problemi ilə əlaqədar xüsusi bölmə yaradılıb.

Böyük Britaniyada isə 6 uşaq anası olan yalnız anaya uşaqlarına dərsdən yayınmağa imkan verdiyi üçün 6 ay həbs cəzası verilib. Bu haqda The Daily Mail məlumat yayıb.

42 yaşlı Klaudiya Uard bir neçə ay həbsxanada keçirdikdən sonra günahını boynuna alıb. O, düşünürdü ki, uşaqları çimərlik və meşədə gəzintidən “darıxdırıcı və isti sinif otağında oturmaqdan” daha çox səmərə əldə edir.

Lakin yerli təhsilkomtəsinin məmurları onun təhsilə belə yanaşması ilə razılaşmayıb və 2013-cu ildə ana bu səbəbdən 5 ay həbsxanada keçirib. Buna qədər o, uşaqlarının məktəb dərslərində iştirakı ilə bağlı məhkəmənin 5 tələbini gözardı etmişdi.

Sosial tədbirlər sırasında ayrı-ayrı şagirdlərə maddi yardım, təhsil səviyyəsi narahatlıq doğuran bölgələrə subsidiyaların verilməsi qeyd oluna bilər ABŞ, Fransa və digər ölkələrdə belə tədbirlərə əl atırlar.

Ətrafdakı insanların biganəliyi məsələni mürəkkəbləşdirir

Bu gün təhsil orqanları, məktəb rəhbərliyi, valideynlər komitələri, yetkinlik uaşına çatmayanlarla bağlı komissiya, müfəttiş xidmətləri, dərsə davamiyyəti zəif olan ailələrlə iş aparır. Lakin təcrübədən görüdüyü mkimi bu yetərli deyil.

Ətrafdakı insanların susqunluğu vəziyyəti daha da ağırlaşdırır.

Şagirdlərin dərsə davamiyyətinin ciddi nəzarətə alınması vacibdir. Hər bir uşaq, hər bir ailə ilə yaşadığı yer üzrə fərdi iş aparılmalıdır.

Təhsil sisteminin bütün strukturları, xidmət və ictimai qurumlar sıx və koordinasi olunmuş halda əməkdaşlıq etməlidir.  

Ən əsası isə valideynlərə izah etmək lazımdır ki, təhsil işıqlı gələcəyə aparan yoldur.Bu gün dərsə getməyənlərin çoxu sabah çinayətkarlar və işsizlər sırasına qoşula bilər.

1news.az

Paylaş:
3597

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər