Çində də Zika virusuna yoluxma halı qeydə alındı
Çin Xalq Respublikasında Zika virusuna ilk yoluxma faktı qeydə alınıb.
1news.az xəbər verir ki, Çin Milli Sağlamlıq və Ailə Planlanması Komissiyasının məlumatına görə, Ciansi vilayətindən olan 34 yaşlı sakində Zika virusuna yoluxma faktı aşkarlanıb. Həmin şəxsin Zika virusuna ötən ay Venesuelada yoluxaraq Çinə qayıtdığı bildirlir. Hazırda həkim nəzarətində olan xəstənin vəziyyəti sabitdir.
Çin Milli Sağlamlıq və Ailə Planlanması Komissiyası hesab edir ki, Zika virusunun Çində yayılma ehtimalı çox aşağıdır.
1news.az
779