Beynəlxalq hüquq üzrə alim: “Türkiyə heç bir halda Naxçıvan üzərindəki haqqını itirməz” | 1news.az | Xəbərlər
Siyasət

Beynəlxalq hüquq üzrə alim: “Türkiyə heç bir halda Naxçıvan üzərindəki haqqını itirməz”

15:18 - 11 / 02 / 2016
Beynəlxalq hüquq üzrə alim: “Türkiyə heç bir halda Naxçıvan üzərindəki haqqını itirməz”

“Türkiyə heç bir halda Naxçıvan üzərindəki haqqını itirməz”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu sözləri beynəlxalq hüquq məsələləri üzrə tanımış mütəxəssis, İstanbuldakı Yedditəpə Universitetinin hüquq fakültəsinin dekanı professor Haluk Kabaalioğlu deyib.

O, Rusiya Dövlət Dumasının iki deputatının Rusiya ilə Ankara hökumətləri arasında “Dostluq və əməkdaşlıq sazişi”nin ləğv edilməsi ilə bağlı müraciətini şərh edərkən deyib ki, rus mediasını izləyənlər Türkiyəyə qarşı aparılan düşmən təbliğatının eyni mərkəzdən idarə edildiyini görürlər:

“Rus siyasətçilər də eyni mərkəzin psixoloji təzyiqlərinə xidmət edirlər. Türkiyə ilə SSRİ münasibətlərinin ən gərgin dönəmlərində belə heç bir sazişin ləğvi gündəmə gəlməyib, indi də hər hansı sazişin ləğv ediləcəyini düşünmürəm. 1921-ci ildə imzalanmış “Dostluq və əməkdaşlıq sazişi”nin ləğvi ehtimalı da yoxdur. Rusiya  sazişi birtərəfli ləğv edə bilər. Onun bu addımı atması belə, Türkiyənin Naxçıvan üzərindəki təminat haqlarını itirməsi ilə nəticələnməz”.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatları –  Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkin və partiyanın katibi Serqey Obuxov 1921-ci ilin martın 16-da Türkiyə Böyük Millət Məclisi hökuməti ilə Rusiya Sovet Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında müqavilənin ləğvi təşəbbüsü ilə çıxış ediblər.

Həmin müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənib və Türkiyə onun qarantı kimi çıxış edib.

1news.az

 

Paylaş:
675

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər