İran "Sukhoi Su-30" tipli döyüş təyyarəsi almaqla bağlı danışıqlar aparır
İranın müdafiə naziri Hüseyn Dehqan Rusiyadan "Sukhoi Su-30" tipli döyüş təyyarəsi almaq üçün aparılan danışıqların imzalanma mərhələsinə gəldiyini və alınacaq təyyarələrin sayının müəyyən olunduğunu bəyan edib.
1news.az airporthaber.com saytına istinadən xəbər verir ki, iranlı nazir bu barədə İranın yarı-rəsmi "Tasnim" agentliyinə müsahibəsində qeyd edib. Nazir, həmçinin Rusiyadan alınan S-300 hava müdafiə sistemlərinin ilk hissəsinin imzalanan müqaviləyə görə, bu ilin ilk rübündə təhvil ediləcəyini deyib.
H.Dehqan beynəlxalq mediyada yer alan İranın Çindən J-10 tipli döyüş təyyarələri alacağı barədə iddiaların doğru olmadığını vurğulayıb.
1news.az
985