Dominikanda Rusiyaya məxsus təyyarə təcili eniş edib | 1news.az | Xəbərlər
Dünya

Dominikanda Rusiyaya məxsus təyyarə təcili eniş edib

11:52 - 11 / 02 / 2016
Dominikanda Rusiyaya məxsus təyyarə təcili eniş edib

Dominikandan Moskvanın Domodedova aeroportuna uçan Rusiyaya məxsus “Boeing777-200” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra təcili eniş edib.

1news.az-ın “РИА Новости” agentliyinə istinadən verdiyi xəbərə görə, buna təyyarədə baş verən texniki nasazlıq səbəb olub.

Enmə zamanı təyyarənin ön hissəsi alışıb. Xəsarət alanların olmadığı bildirilir. Sərnişinlərin hamısı təxliyyə olunub.

Qeyd edək ki, “Orenair” aviaşirkətinə məxsus “Boeing 777-200” təyyarəsinin göyərtəsində 351 sərnişin, 20 ekipaj üzvü olub.

1news.az

Paylaş:
981

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər