Türkiyədə qəzet redaksiyasına hücum olub | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə qəzet redaksiyasına hücum olub

1news Redaksiyası12:08 - 11 / 02 / 2016
Türkiyədə qəzet redaksiyasına hücum olub

İstanbulun Bayrampaşa səmtində yerləşən“Yeni Şafak” qəzetinin ofisinə silahlı hücum olub.

Bu barədə 1news.az Yeni Şafak nəşrinə istinadla məlumat verir.

Rəsmi məlumata görə, üzləri maskalı olan 4 nəfər əvvəlcə binaya “molotov kokteyli” atıb, daha sonra isə redaksiyanı atəşə tutublar. Hücum nəticəsində binada baş verən yanğın mühafizəçilər tərəfindən söndürülüb. Redaksiyaya hücum edən şəxslər isə hadisə yerindən qaçıblar.

Hadisə zamanı ölən və yaralanan barədə məlumat qeyd olunmayıb.

Hazırda İstanbul polisi hadisə ilə bağlı araşdırma aparır.

1news.az

Paylaş:
933

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər