Prezident İlham Əliyev “Goetzpartners” şirkətinin sahibi və icraçı direktoru ilə görüşüb
Fevralın 12-də Münhendə Prezident İlham Əliyevin “Goetzpartners” şirkətinin sahibi və icraçı direktoru Stefan Qötz ilə görüşü olub.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Almaniyada 10 ən böyük konsaltinq şirkətindən biri olan və 9 ölkədə 12 ofisi yerləşən “Goetzparners” şirkətinin icraçı direktoru Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirib.
Dövlətimizin başçısı Azərbaycanda xarici şirkətlər üçün əlverişli sərmayə mühitinin olduğunu, onların uğurlu fəaliyyətinə hər cür şəraitin yaradıldığını söyləyib. Prezident İlham Əliyev “Goetzparners” şirkətini Azərbaycanda fəaliyyətə dəvət edib.
Stefan Qötz dəvətə görə minnətdarlığını bildirib.
Söhbət zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
1news.az