İlham Əliyevin Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşü olub | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyevin Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşü olub

18:29 - 12 / 02 / 2016
İlham Əliyevin Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşü olub

Prezidenti İlham Əliyev fevralın 12-də Münhendə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele ilə görüşüb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Ölkəmizdə sərmayə qoyuluşu baxımından münbit şəraitin olduğu bildirilib.

Söhbət zamanı Azərbaycanın və Almaniyanın iş adamları arasında qarşılıqlı biznes səfərlərinin təşkilinin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

1news.az

 

Paylaş:
1020

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər