Millimiz Hollandiya yığması ilə qarşılaşacaq | 1news.az | Xəbərlər
Futbol

Millimiz Hollandiya yığması ilə qarşılaşacaq

22:36 - 12 / 02 / 2016
Millimiz Hollandiya yığması ilə qarşılaşacaq

Bu gün Serbiyanın Belqrad şəhərində futzal üzrə DÇ-2016-nın play-off mərhələsinin püşkü atılıb.

1news.az-ın məlumatına görə, Azərbaycan millisi final mərhələsinə vəsiqə qazanmaq uğrunda oyunlarda Hollandiya yığması ilə qarşılaşacaq. 

Yığmamız ilk oyununu martın 22-də səfərdə, cavab oyununu isə aprelin 12-də evdə keçiriləcək.

Qeyd edək ki, dünya çempionatının final mərhələsi bu il sentyabrın 14-dən oktyabrın 2-dək Kolumbiyada təşkil ediləcək və qalib adı uğrunda 24 komanda yarışacaq.

Play-off cütlükləri

Sloveniya – İspaniya

Slovakiya – Ukrayna

Polşa – Qazaxıstan

Serbiya - Portuqaliya

Belarus – Rusiya

Hollandiya – Azərbaycan

Macarıstan – İtaliya

1news.az

 

Paylaş:
1025

Son xəbərlər

Bütün xəbərlər