“Eurasianews”: Ermənistanda 635 minə yaxın insan ölkəni tərk edib | 1news.az | Xəbərlər
Ermənistan

“Eurasianews”: Ermənistanda 635 minə yaxın insan ölkəni tərk edib

09:38 - 15 / 02 / 2016
“Eurasianews”: Ermənistanda 635 minə yaxın insan ölkəni tərk edib

Ermənistan müstəqillik qazandığı 1991-ci ildən bəri 635 minə yaxın erməniölkəni tərk edib və əhalinin sayı tarixdə ən aşağı göstəriciyə – 3 milyondan da aşağı düşüb.

1news.az-ın eurasianews.de saytına istinadla verdiyi xəbərə görə, bu haqda Ermənistanın ARKA informasiya agentliyixəbər yayıb.

Məlumatda Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə görə həm iqtisadi, həm də siyasi baxımdan təcrid olunduğu və Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi bildirilir.

Eyni zamanda vurğulanır ki, ölkə Rusiyadan olan investisiyalar, eləcə də idxaldan asılıdır. Moskva İrəvana siyasi, iqtisadi, hərbi dəstək göstərməklə Cənubi Qafqazda əlavə geosiyasi təsir imkanları əldə etmiş olur.

1news.az

Paylaş:
846

Son xəbərlər

Bütün xəbərlər