Səudiyyə Ərəbistanında 20 ölkənin iştirakı ilə "bölgə tarixinin ən böyük hərbi manevri” keçirilib
Səudiyyə Ərəbistanı və digər ölkələrin bölgədə sülh və sabitliyi qorumaq, ortaya çıxan problemləri birgə həll etmək mesajı olaraq manevrlərin keçirilməsinə qərar verilib.
1news.az-ın APA-ya istinadən məlumatına görə, Səudiyyə Ərəbistanının SPA agentliyi xəbər verir ki, bu manevrlər "bölgə tarixinin ən böyük hərbi manevri” adlandırılıb.
Səudiyyə Ərəbistanda 20 ərəb və İslam ölkəsinin hərbi birliklərinin toplaşdığı hərbi manevrlər “Ra'du'ş Şimal” (Şimalın göy gurultusu) adını alıb.
Hərbi manevrlərə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn, Seneqal, Sudan, Küveyt, Maldiv, Mərakeş, Pakistan, Çad, Tunis, Komor, Cibuti, Umman Sultanlığı, Qətər, Misir, Mavritaniya, Mauritius və digərləri qoşulacaq.
1news.az