Malta hökuməti Ankarada törədilmiş terror aktını pisləyib
Malta hökuməti ötən gün Ankarada törədilmiş terror aktını pisləyən bəyanat yayıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bəyanatda qeyd olunur ki, Malta Ankarada insan tələfatı ilə nəticələnən terror aktının törədilməsi xəbərindən dərin sarsıntı keçirərək bu mənfur aktı pisləyir.
Malta hökuməti adından terror aktına münasibət bildirən bu ölkənin xarici işlər naziri Corc Vella bu çətin gündə Türkiyə hökumətinin və xalqının yanında olduğunu bəyan edib. O, ölənlərin yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.
Nazir Maltanın bütün növ terror aktlarını pislədiyini xüsusi vurğulayıb.
1news.az
682