Texas Universitetinin tələbələri dərsə silahla gələ biləcəklər | 1news.az | Xəbərlər
Dünya

Texas Universitetinin tələbələri dərsə silahla gələ biləcəklər

23:28 - 18 / 02 / 2016
Texas Universitetinin tələbələri dərsə silahla gələ biləcəklər

Texas universitetinin prezidenti odlu silah gəzdirmək lisenziyası olan tələbələrin dərsə də gizlində silahla gəlmələrinə icazə verəcəyini bildirib. Universitetin bu qərarı ştat senatının qəbul etdiyi “universitet şəhərciklərində silah gəzdirilməsi hüququ”na dair 11 saylı qanun layihəsi ilə bağlıdır.

Texas qubernatoru Qreq Abbot 1 iyun 2015-ci il tarixli qərarla bu qanunu artıq təsdiqləyib.

2016-cı il avqustun 1-dən qüvvəyə minəcək qanuna əsasən, silah gəzdirmə lisenziyası olan 21 və ya ondan yuxarı yaşda olan vətəndaşlar 214 mindən çox tələbənin təhsil aldığı Texas Universiteti sistemindəki ali təhsil müəssisələri ərazisində də bu hüquqdan yararlana biləcəklər.

Universitetin rektoru Qreqori Fenves yeni qanunla razılaşmadığını açıqlayıb, amma onu Texas Universiteti sistemində ştatın qanunlarına uyğun olaraq tətbiq etməlidir. Yalnız universitetlərdəki laboratoriyalar və tibbi xidmət məntəqələri istisna ediləcək və burda silah gəzdirilməsi qadağan olunacaq.

Texas ştatının qubernatoru Qreq Abbot qeyd edib ki, sözügedən qanun universitetlərin ərazisində kütləvi qətllərin qarşısını alacaq. Abbotun fikrincə, silah gəzdirən vətəndaşlar cinayətkarlara müqavimət göstərə bilər.

Universitet professorlarına gəlincə, onlar yeni qanunu etirazla qarşılayıb və bildiriblər ki, bundan sonra üzərində silah olan tələbənin biliyini qiymətləndirmək yetərincə çətin olacaq.

Bir çox tələbələr, valideynlər və məzunlar da yeni qanuna öz narazılıqlarını bildiriblər.

AZƏRTAC

Paylaş:
764

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər