Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edib | 1news.az | Xəbərlər
İdman

Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edib

12:50 - 19 / 02 / 2016
Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Balakən, Oğuz, Qax, Qəbələ, Şəki, Zaqatala və  İsmayıllı  rayonundan olan vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, saat  11:00-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 30-a yaxın vətəndaş iştirak edib.

Müraciətlər gənclər və idman mərkəzlərinin tikintisi və müvafiq avadanlıqlarla təmin edilməsi, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi, işlə təminat və s. məsələlərlə bağlı olub.

Gənclər sahəsi üzrə edilən müraciətlər sırasına qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq tədbirlərdə  iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti  ilə bağlı olub.

İdman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM)   və bölmələrin yaradılması və s idman sahəsində edilən müraciətlər olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

1news.az

Paylaş:
908

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər