“Zirə” komandası səfərdə “Xəzər Lənkəran”a iki qolla qalib gəlib | 1news.az | Xəbərlər
Futbol

“Zirə” komandası səfərdə “Xəzər Lənkəran”a iki qolla qalib gəlib

19:51 - 21 / 02 / 2016
“Zirə” komandası səfərdə “Xəzər Lənkəran”a iki qolla qalib gəlib

Fevralın 21-də Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində “Xəzər Lənkəran” komandası doğma meydanda paytaxtın “Zirə” kollektivini qəbul edib.

Baş hakim Ramil Diniyevin idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 2:0. “Zirə” komandasının ilk qolunu matçın 16-cı dəqiqəsində Yovan Krneta vurub. Oyunun 73-cü dəqiqəsində isə Nelson Bonilla fərqlənib.

Bu görüşdən sonra xallarının sayını 41-ə çatdıran “Zirə” ikinci sıradakı yerini daha da möhkəmləndirib. “Xəzər Lənkəran” isə 13 xalla doqquzuncu sırada qərarlaşıb.

Paylaş:
967

Son xəbərlər

Bütün xəbərlər