Stolüstü tennisçilərimiz Fransada keçirilmiş turnirdə gümüş medal qazanıblar | 1news.az | Xəbərlər
İdman

Stolüstü tennisçilərimiz Fransada keçirilmiş turnirdə gümüş medal qazanıblar

20:41 - 23 / 02 / 2016
Stolüstü tennisçilərimiz Fransada keçirilmiş turnirdə gümüş medal qazanıblar

17-21 fevral tarixlərində Fransanın Metz şəhərində yeniyetmə və azyaşlılar arasında keçirilmiş Beynəlxalq Stolüstü Tennis Federasiyasının Premium Açıq turniri başa çatıb.

1news.az-ın məlumatına görə, 29 ölkədən 239 idmançının iştirak etdiyi turnir şəxsi və komanda formatında keçirilib.

Yarışda ən güclü 8 komanda siyahısına daxil olan qızlardan ibarət komandamız 1/4 finala qədər yüksələrək Fransanın komandasına məğlub olublar. 

Yeniyetmə oğlanlardan ibarət komandamız isə 1/2 finalda Yaponiya komandasına qalib gələrək finala vəsiqə əldə ediblər. Komandamız finalda II yer tutaraq gümüş medal qazanıb.

1news.az

Paylaş:
940

Son xəbərlər

Bütün xəbərlər