Münhen hava limanında yenilik
Bavariya paytaxtının aeroportunda ikinci terminal və yeni peyk-terminal arasında çəkilən avtomatik metro xəttinin sınaqlarına başlanıb.
Bu ilin baharında işə salınacaq həmin xətdə qatar 382 metrlik yolu bir dəqiqədən az müddətə qət edir. Xətt saatda 10 mindən çox sərnişin daşımağa hesablanıb.
Münhen aeroportu ildə 41 milyon nəfərə çatan sərnişinlərinin sayına görə dünyada yeddinci yeri tutur.
AZƏRTAC
809