Gənclər və İdman Nazirliyində Apellyasiya Şurası yaradıldı
Gənclər və idman nazirinin 15 fevral 2016-cı il tarixli sərəncamı ilə Gənclər və İdman Nazirliyində Apellyasiya Şurası yaradılıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, şuranın yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsidir.
Apellyasiya Şurasının tərkibinə nazirliyin və onun tabeliyində olan qurumun məsul şəxsləri daxildir.
Gənclər və idman nazirliyinin Apellyasiya Şurasına sədrlik nazir müavini İntiqam Babayevə həvalə olunub.
Qeyd edək ki, şura Azərbaycan Prezidentinin 03 Fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanının icrasını təmin etmək məqsədi ilə yaradılıb.
1news.az