FIFA Blatter və Platininin cəzasını 6 ilə endirdi | 1news.az | Xəbərlər
İdman

FIFA Blatter və Platininin cəzasını 6 ilə endirdi

23:26 - 24 / 02 / 2016
FIFA Blatter və Platininin cəzasını 6 ilə endirdi

FİFA Apelyasiya Komitəsi aldıqları 8 il cəzaya etiraz edən və bunun endirilməsini tələb edən eks-prezident Yozef Platter və UEFA-nın eks-prezidenti Mişel Platininin müraciətini qəbul edib.

1news.az-ın məlumatına görə, ali futbol qurumundan verilən açıqlamada hər iki funksioner haqqında verilən 8 il uzaqlaşdırma qərarı 6 ilə endirilib.

Cəzaların 8 oktyabr 2015-ci ildən hesablanacağı xatırlanarkən, Platininin 30 gün içində 80 min, Blatterin isə 50 min İsveçrə frankı ödəməli olduqları qeyd olunub.

1news.az

Paylaş:
806

Son xəbərlər

Bütün xəbərlər