Qazaxıstan latın əlifbasına keçir
Qazaxıstanın mədəniyyət naziri Arıstanbek Muhamediulı bildirib ki, qazax dili və yazısında yeni mərhələ başlayır. Ölkə 2025-ci ilədək əlifbasını latın qrafikasına keçirmək niyyətindədir.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə "Novaya qazeta" yazıb.
Nazirin sözlərinə görə, bu məsələ ilə bağlı rəsmi proqram qəbul olunub.
"Qazax hərflərinin milli tələffüz xüsusiyyətləri əlavə qararlar tələb edir. Bu asan deyil, lakin beynəlxalq aləmə daha az ağrılı şəkildə inteqrasiya etmək lazımdır", – deyə o bildirib.
Mütəxəssislərin hesablamalarına görə, özündə bütün dövlət sənədləri, kitab, çap məhsulları və s-in tərcüməsini ehtiva edən kiril əlifbasından latına keçid, hökumətə 300 milyon dollara başa gələcək.
1news.az
849