Stolüstü tennisçilərimiz dünya çempionatında iştirak edəcəklər | 1news.az | Xəbərlər
İdman

Stolüstü tennisçilərimiz dünya çempionatında iştirak edəcəklər

17:10 - 26 / 02 / 2016
Stolüstü tennisçilərimiz dünya çempionatında iştirak edəcəklər

28 fevral-6 mart tarixlərində Malayziyanın Kuala-Lampur şəhərində stolüstü tennis üzrə dünya çempionatı keçiriləcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından 1news.az-a verilən məlumata görə, yarışda 91 kişi və 81 qadın komandasının iştirakı nəzərdə tutulur.

Azərbaycanı çempionatda məşqçi M.Timofeyevin rəhbərliyi altında Məryəm İmanova, Deng Simeng və Zhou Chuyi təmsil edəcəklər. Qadınlardan ibarət komandamız III divizionda öz qrupunda Argentina, Qvatemala, Qazaxıstan, Latviya və Monqolustan komandaları ilə mübarizə aparacaq.

1news.az

Paylaş:
701

Son xəbərlər

Bütün xəbərlər