Rusiya və ABŞ Suriyada atəşkəsə dair birgə qətnamə layihəsini BMT TŞ-ə təqdim ediblər
Rusiya və ABŞ Suriyada atəşkəsin dəstəklənməsinə dair qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim ediblər.
1news.az-ın “РИА Новости”-yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT TŞ-in hazırkı sədri, Venesuelanın BMT-dəki daimi nümayəndəsi Rafael Ramires bildirib.
ABŞ və Rusiyanın birgə bəyanatına əsasən, Suriyada hökumət qüvvələri və müxalifətin silahlı qruplaşmaları arasında atəşkəs rejimi fevralın 27-dən etibarən qüvvəyə minməlidir.
1news.az
549