İŞİD-in Suriyanın şimalındakı mövqelərinə zərbələr endirilib | 1news.az | Xəbərlər
Dünya

İŞİD-in Suriyanın şimalındakı mövqelərinə zərbələr endirilib

23:07 - 29 / 02 / 2016
İŞİD-in Suriyanın şimalındakı mövqelərinə zərbələr endirilib

Türkiyə Silahlı Qüvvələri İŞİD terror qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə artilleriya zərbələri endirib.

1news.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, zərbələr ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın əməliyyatı çərçivəsində endirilib.  

 Məlumata görə, İŞİD-in Hələb şəhərindən 40 km şimalda yerləşən mövqelərinə 60-dək mərmi atılıb. Terrorçulara məxsus bir çox hədəflərin məhv edildiyi bildirilir.

 Qeyd edək ki, Suriyada fevralın 27-dən etibarən atəşkəs rejimi rəsmən qüvvəyə minib. 

 Atəşkəs rejimi “Cəbhə ən-Nüsrə”,  İŞİD və bir neçə terror qruplaşmalarına şamil edilmir. 

1news.az

Paylaş:
719

Son xəbərlər

Bütün xəbərlər