FİFA-nın yeni prezidenti ulduzlarla futbol oynadı
Yeni FİFA prezidenti Cianni İnfantinonun ilk işi yaşıl meydanlara ayaq basmaq olub.
1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, ali futbol qurumunun rəhbəri bu posta seçildikdən dərhal sonra ulduzlarla oyun keçirib.
FİFA-nın Sürixdəki mərkəzində təşkil edilən futbol oyununda meydana çıxanlardan biri də məhz İtaliya əsilli isveçli futbol adamı İnfantino olub. Bu görüşün təşkil edilməsində məqsəd son vaxtlar başının üstündə “qara buludlar” olan FİFA-nın əməkdaşlarına əlavə ruh yüksəkliyi aşılamaq olub.
Yağışlı havada keçirilən qarşılaşmada FİFA nümayəndələri ilə yanaşı, Fabio Kannavaro, Rober Pires, Klarens Zedorf, Luiş Fiqo, Paolo Maldini, Deku və Miçel Salqado kimi ötənlərin məşhur futbolçuları da iştirak ediblər.
1news.az