Stolüstü tennis üzrə komandamız dünya çempionatında liderlik edir | 1news.az | Xəbərlər
İdman

Stolüstü tennis üzrə komandamız dünya çempionatında liderlik edir

18:15 - 02 / 03 / 2016
Stolüstü tennis üzrə komandamız dünya çempionatında liderlik edir

Məlumat verildiyi kimi, fevralın 28-dən Malayziyanın paytaxtı Kuala–Lumpurda stolüstü tennis üzrə dünya çempionatına start verilib.

1news.az-ın məlumatına görə, Argentina, Qazaxıstan, Qvatemala və Monqolustan komandalarına qalib gələn Azərbaycanın qadınlardan ibarət yığması martın 2-də yarımqrup mərhələsində son görüşünü Latviya komandası ilə keçirib.

Yığmamız  3:1 hesabı ilə Latviya komandasına qalib gələrək ilk dəfə öz divizionunda qrup lideri olub.

Qeyd edək ki, yarışlar martın 6-dək davam edəcək.

1news.az

 

Paylaş:
809

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər