Moskvada hava şəraiti ilə əlaqədar 80-dən çox uçuş ləğv edilib | 1news.az | Xəbərlər
Dünya

Moskvada hava şəraiti ilə əlaqədar 80-dən çox uçuş ləğv edilib

09:37 - 02 / 03 / 2016
Moskvada hava şəraiti ilə əlaqədar 80-dən çox uçuş ləğv edilib

Rusiyanın paytaxtı Moskvada davam edən çovğun nəticəsində 85 aviareys ləğv edilib.

1news.az-ın TACC informasiya agentliyinə istinadla verdiyi xəbərə görə, Şeremetyevo aeroportunda 69 reys ləğv edilib, 2-si ləngiyir, Domodedovo aeroportunda isə16 reys ləğv edilib, 1-i yubanır.

Bundan əvvəl “Aeroflot” hava şirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar martın 2-si və 3-də 31 aviareysin ləğv edildiyini bildirilib.

Sinoptiklərin proqnozlarına əsasən, martın 2-də Moskvaya düşən yağıntının miqdarı 20 millimetrə çata bilər ki, bu da aylıq normanın 60 faizini təşkil edir.

1news.az

Paylaş:
795

Son xəbərlər

Bütün xəbərlər