Məşhur klubun sabiq prezidenti həbs olundu | 1news.az | Xəbərlər
Futbol

Məşhur klubun sabiq prezidenti həbs olundu

13:46 - 04 / 03 / 2016
Məşhur klubun sabiq prezidenti həbs olundu

“Benfika” klubunun sabiq prezidenti Manuel Damasiu həbs olunub.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, 75 yaşlı futbol adamı korrupsiyada ittiham olunur.

1994-cü ilin yanvarından 1997-ci ilin oktyabr ayına qədər “Benfika”ya rəhbərlik etmiş Damasiunun həmin dövrlərdəki qeyri-qanuni əməlləri ortaya çıxıb. O, korrupsiyada və çirkli pulların yuyulmasında ittiham olunur.

Qeyd edək ki, M.Damasiu ilə bağlı araşdırma 2014-cü ildən etibarən aparılmağa başlanılıb.

1news.az

Paylaş:
844

Son xəbərlər

Bütün xəbərlər