“British Airways” aviaşirkəti sərnişinlərə içki və siqareti tərgidəcək | 1news.az | Xəbərlər
Dünya

“British Airways” aviaşirkəti sərnişinlərə içki və siqareti tərgidəcək

16:16 - 04 / 03 / 2016
“British Airways” aviaşirkəti sərnişinlərə içki və siqareti tərgidəcək

“British Airways” aviaşirkətinin təyyarələri ilə uzaq məsafəli reyslərin sərnişinlərini hipnoterapevt Mark Boudenin mühazirələri dinlədiləcək.

1news.az Lenta.ru-ya istinadən xəbər verir ki, tanınmış hipnoterapevtin 30 dəqiqəlik audiomühazirəsində içkini və siqareti asanlıqla tərgitmək üçün məsləhətlər yer alıb.

Bundan başqa, M.Boudenin həmin mühazirəsində həmçinin arıqlamaq istəyənlər və rasionlarında meyvə-tərəvəzin həcmini artırmağı düşünənlər üçün də məsləhətlər var.

M.Boudenin özü isə bu barədə deyib ki, həmin mühazirələri intensiv dinləmək onun təsirini daha da artırır.

1news.az

Paylaş:
700

Son xəbərlər

Bütün xəbərlər