Jurnalistlər arasında stolüstü tennis yarışı keçirilib | 1news.az | Xəbərlər
İdman

Jurnalistlər arasında stolüstü tennis yarışı keçirilib

22:22 - 04 / 03 / 2016
Jurnalistlər arasında stolüstü tennis yarışı keçirilib

Martın 4-də Azərbaycan Stolüstü Tennis Federasiyası, Gənclər və İdman Nazirliyi və “İdman” qəzetinin birgə təşkilatçılığı ilə jurnalistlər arasında stolüstü tennis yarışı keçirilib.

1news.az-ın məlumatına görə, 5 mart - Bədən tərbiyəsi və idman gününə həsr olunmuş turnirdə 30 nəfər mübarizə aparıb.

Qaliblər aşağıdakı kimi müəyyənləşib:

Qadınlar arasında:

I yer - İbrahimova Gülnar – “Sehirli dünya” uşaq jurnalı

II yer - Yusifova Kəmalə - “Oyuncaq” uşaq jurnalı

III yer - Paşayeva Nigar – “Ofissa dizayn” şirkəti

Kişilər arasında:

I yer - Qəmərşahoğlu Rəşad – “Sportsman” jurnalı

II yer - Səmədov Bəhruz – “İdman” qəzeti

III yer - Əli Məcid – “Zaman” qəzeti

Turnirin qaliblərinə diplomlar və müxtəlif hədiyyələr verilib.

1news.az

 

Paylaş:
908

Son xəbərlər

Bütün xəbərlər