Moldova prezidenti ümumxalq səsverməsi yolu ilə seçiləcək | 1news.az | Xəbərlər
Dünya

Moldova prezidenti ümumxalq səsverməsi yolu ilə seçiləcək

23:46 - 04 / 03 / 2016
Moldova prezidenti ümumxalq səsverməsi yolu ilə seçiləcək

Bundan sonra Moldova Respublikasının prezidenti ümumxalq səsverməsi yolu ilə seçiləcək.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu qərarı Moldova Konstitusiya Məhkəməsi (KM) martın 4-də keçirilən iclasında qəbul edib.

KM 2000-ci il 5 iyul tarixli qanunun müddəalarını Konstitusiyaya zidd sayıb. Həmin qanuna görə, Moldova ümumxalq prezident seçkilərindən prezidentin parlamentdə seçilməsinə keçib.

KM-nin sədri Aleksandr Tenase iclasdan sonra deyib: “KM prezidentin ümumxalq səsverməsi yolu ilə seçilməsi mexanizminin bərpa olunmasını qərara alıb. KM Konstitusiyanın 78-ci maddəsinin əvvəlki redaksiyasını qaytarmaq barədə qərar qəbul edib. Qərar bu şəkildə ifadə olunacaq: “Ölkə Prezidenti ümumi, bərabər, birbaşa, gizli və azad səsvermə yolu ilə seçilir”.

Yəni Moldovanın 40 yaşa çatan, 10 ildən az olmayaraq daim Moldova ərazisində yaşayan, dövlət dilini bilən vətəndaşları dövlət başçısı vəzifəsinə namizəd ola bilərlər. Seçicilərin səslərinin 50 faizindən çoxunu toplayan namizəd seçilmiş sayılır. Birinci turda tələb olunan səsləri namizədlərdən heç biri toplamasa, səsvermənin ikinci turu keçiriləcək.

A.Tenase vurğulayıb ki, Konstitusiyaya dəyişikliklər edilməsi haqqında qanunun normalarının Konstitusiyaya zidd qəbul edilməsi indiki parlamentin mandatına, habelə indiki Prezidentə təsir göstərmir. Nəticələr yalnız gələcəyə aiddir.

O deyib: “İndiki Prezident öz mandatını başa çatdıracaq. Sonrakı prezident birbaşa ümumxalq prezident seçkiləri yolu ilə qanunla müəyyən edilmiş müddətdə seçiləcək. Moldovanın indiki Prezidenti Nikolay Timoftinin mandatı bu il martın 22-də başa çatır. Qanuna görə, seçkilər mandat başa çatan vaxtdan 90 gündən gec olmayaraq keçirilməlidir”.

Konstitusiya Məhkəməsinin qərarı qətidir və ondan şikayət verilə bilməz.

1news.az

 

Paylaş:
582

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər