Ərdoğan UEFA-nı tənqid etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropanın ali futbol qurumun olan UEFA-nı tənqid edib.
1news.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb sözügedən qurumun maliyyə fair-play qaydalarını pozduğuna görə Türkiyənin “Qalatasaray” klubuna bir illiyinə avrokubok yarışlarından kənarlaşdırılmasıdır.
“Nə üçün “Qalatasaray” klubu cəza almalıdır? Cəza qanunu pozan klub rəhbərlərinə verilməlidir. “Qalatasaray”ın ən azı 20-25 milyon azarkeşi var. Klub cəzalandırıldığı zaman həmin 20-25 milyon azarkeş də cəzalandırılmış olur”- deyə, dövlət başçısı qeyd edib.
1news.az
711