Davudoğlu: Ankara Aİ-yə üzvlük istiqamətini dəyişməyəcək | 1news.az | Xəbərlər
Dünya

Davudoğlu: Ankara Aİ-yə üzvlük istiqamətini dəyişməyəcək

00:10 - 04 / 03 / 2016
Davudoğlu: Ankara Aİ-yə üzvlük istiqamətini dəyişməyəcək

Ankaranın Avropa İttifaqına daxil olmaq istiqaməti dəyişməyəcək.

1news.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Ankarada səfərdə olan Avropa Şurasının rəhbəri Donald Tuskla birgə iştirak etdiyi mətbuat konfransında bildirib.

"Şəraitdən asılı olmayaraq bizin Aİ -yə üzvlük istiqamətimizdə heç bir dəyişiklik olmayıb. Müxtəlif xalqların və mədəniyyətlərin Avropa qitəsində birləşməsi böyük sivilizasiya layihəsidir",- Davudoğlu bildirib.

O, Aİ-yə üzvlük istiqamətində Türkiyəyə yardım etdiyinə görə Tuska təşəkkürünü bildirib. Ankara və Brüssel arasında visazır rejimə keçidlə bağlı əldə olunmuş razılığı yüksək qiymətləndirib.

1news.az

Paylaş:
521

Son xəbərlər

Bütün xəbərlər