SOCAR-da 2016-2020 illər üzrə səmt qazı atılmalarının azaldılması üçün plan hazırlanacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR-da 2016-2020 illər üzrə səmt qazı atılmalarının azaldılması üçün plan hazırlanacaq

12:07 - 05 / 03 / 2016
SOCAR-da 2016-2020 illər üzrə səmt qazı atılmalarının azaldılması üçün plan hazırlanacaq

SOCAR-ın Dünya Bankının “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” Qlobal Təşəbbüsünə qoşulması ilə əlaqədar şirkətin Ekologiya İdarəsi tərəfindən 2016-2020 illər üzrə səmt qazı atılmalarının azaldılması istiqamətinə müvafiq planın hazırlanması üçün təşkilati işlər həyata keçirilib.

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə SOCAR-ın Ekologiya İdarəsində 2015-ci ilin yekunlarına həsr edilən müşavirədə danışılıb. Müşavirədə Dövlət Proqramları çərçivəsində SOCAR tərəfindən həyata keçirilən ekoloji tədbirlər, şirkətin ekoloji siyasət sənədindən irəli gələn məsələlərin həlli, o cümlədən tullantıların idarə olunması planının, atmosferə atılan səmt qazlarının azaldılması planının, iqlim dəyişmələrinə təsirlərin azaldılması strategiyasının, neft dağılmalarının xəbərdarlığı və ləğvi planının, həmçinin SOCAR-ın şurası tərəfindən təsdiq edilən illik iş proqramının icrası ilə bağlı görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, neft və neft məhsulları ilə çirklənmiş, lay suları altında qalmış mədən ərazilərində idarə tərəfindən ətraflı ekoloji monitorinq tədqiqatları aparılıb, müvafiq bərpa üsullarının seçilməsi istiqamətində təkliflər verilib, monitorinqlər zamanı götürülmüş nümunələr idarənin kompleks tədqiqatlar laboratoriyasında analiz edilib.

Keçən il bərpa olunmuş və yaşıllaşdırılmış ərazilər xəritələşdirilərək Ekoloji Məlumat Bazasında yerləşdirilib. İdarə tərəfindən SOCAR-ın fəaliyyət sahələrində, birgə müəssisə və əməliyyat şirkətlərində istilik effekti yaradan qaz mənbələri inventarlaşdırılıb, təmiz inkişaf mexanizmi üzrə layihə ideyaları hazırlanıb və təkliflər qiymətləndirilib. Atmosferə atılan səmt qazlarının minimuma endirilməsi məqsədilə SOCAR-ın mədən ərazilərində qurğu və avadanlıqların quraşdırılması üzrə təkliflər verilib, səyyar və stasionar mənbələrdən istilik effekti yaradan qazlar, zərərli maddələr və tərkibində belə birləşmələr olan avadanlıqlar üzrə inventarlaşdırma aparılıb. Tullantı mərkəzinin genişləndirilməsi layihəsi çərçivəsində qazma şlamlarının utilizasiyası üçün alınan qurğuların mobilizasiyası işləri həyata keçirilir. Hesabat ilində Ekoloji Ölçmə Mərkəzi tərəfindən mütəmadi olaraq SOCAR-ın avtonəqliyyat vasitələrinin ekoloji müayinəsi həyata keçirilib.

İdarənin 2015-ci il üzrə fəaliyyəti qənaətbəxş hesab olunub, işlərin daha keyfiyyətli və effektiv təşkil olunmasının vacibliyi vurğulanıb, qarşıda duran həlli vacib məsələlərə toxunulub.

Paylaş:
1395

Son xəbərlər

Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35
Bütün xəbərlər