Velosipedçimiz dünya çempionatında 7-ci oldu - VIDEO | 1news.az | Xəbərlər
İdman

Velosipedçimiz dünya çempionatında 7-ci oldu - VIDEO

15:11 - 07 / 03 / 2016
Velosipedçimiz dünya çempionatında 7-ci oldu - VIDEO

Londonda velosiped idmanının trek növü üzrə dünya çempionatına yekun vurulub.

1news.az-ın məlumatına görə, yarış Azərbaycan yığma komandası üçün uğurlu sonluqla başa çatıb. Belə ki, millimizin üzvü Sergey Omelçenko olimpiya növü olan keyrində 7-ci yeri tutmaqla dünya çempionatları tariximizdə ən yüksək nəticəyə imza atıb.

Reqlamentə əsasən, ilkin mərhələdə 7 idmançı arasında finiş xəttini 2-ci keçən velosipedçimiz birbaşa yarımfinala vəsiqə qazansa da, təəssüf ki, finalın 6 iştirakçısı sırasında yer almaq mümkün olmayıb.

Bununla belə, S.Omelçenko 7-ci yer uğrunda mübarizədə digər 5 rəqibini qabaqlamağı bacarıb.

Qeyd edək ki, dünya çempionatının keyrin növündə planetin 25 ən güclü idmançısı mübarizə aparıb.

Qadınlar arasında 200 metr məsafəyə sprint növündə çıxış edən yığma komandamızın digər üzvü Olqa İsmaylova isə 33 iştirakçı arasında 18-ci nəticə göstərib.

1news.az

 

Paylaş:
665

Son xəbərlər

ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəmBu gün, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıbBu gün, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTOBu gün, 15:37Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!Bu gün, 15:35Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıbBu gün, 15:24Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEOBu gün, 15:12İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model MüəssisəsiBu gün, 15:06AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaqBu gün, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıbBu gün, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşübBu gün, 14:31Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcəkBu gün, 14:28Qarabağ Dirçəliş Fondunun Bakı Marafonundakı yaşıl pavilyonu böyük maraqla qarşılanıb - FOTOBu gün, 14:16Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıbBu gün, 14:04Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİBBu gün, 13:38Cəsarət Valehova yeni vəzifə verilibBu gün, 13:29Ağdərədə sümük fraqmentləri aşkarlanıbBu gün, 13:18ABŞ səfiri Şuşaya gedibBu gün, 13:10“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndiribBu gün, 12:56İlham Əliyev Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyibBu gün, 12:51Sabah yağış, qar yağacaq - ProqnozBu gün, 12:46
Bütün xəbərlər