Ukraynanın Rusiyadakı səfirliyi yumurta atəşinə tutulub | 1news.az | Xəbərlər
Dünya

Ukraynanın Rusiyadakı səfirliyi yumurta atəşinə tutulub

10:21 - 07 / 03 / 2016
Ukraynanın Rusiyadakı səfirliyi yumurta atəşinə tutulub

Ukraynanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

1news.az-ın APA-ya istnadla verdiyi xəbərə görə, bu addım Kiyevdə Rusiya səfirliyinə edilən hücuma cavab olaraq atılıb.

Aksiyaya toplaşan 150 nəfərədək şəxs Ukrayna səfirliyinin binasını yumurta atəşinə tutub. Əllərində Rusiya bayraqları olan etirazçı kütlə “Kiyev xuntası məğlub olacaq”, “Ukrayna – sən xəstəsən. Özünə gəl, gör nə edirsən!”,  “Diplomatlarımızdan əl çək!” kimi şüarlar səsləndiriblər. Moskva polisi Ukrayna səfirliyinin binası ətrafında təhlükəsizlik tədbirlərin gücləndirib. 

Qeyd edək ki, martın 5-dən 6-na keçən gecə Rusiyanın Ukraynadakı səfirliyi naməlum şəxslərin hücumuna məruz qalıb. Kiyev Şəhər Baş Milli Polis İdarəsinin yaydığı açıqlamada bildirilib ki, əllərində məşəl olan 10-dək şəxs səfirliyə məxsus avtomobillərə ziyan vurub. Nəticədə üç avtomobilə ziyan dəyib, şüşələri və güzgüləri sındırılıb. Hadisə yerindən çəkic götürülüb.

YouTube kanalında yayılmış videodan aydın olur ki, səfirliyə hücum edənlər Ukrayna Hərbi Hava Qüvvələrinin zabiti, hazırda Rusiyada həbsdə olan Nadejda Savçenkonun azadlığa buraxılmasını tələb ediblər.

Artıq Rusiyanın Kiyevdəki səfirliyi baş verənlərlə bağlı Ukrayna Xarici İçlər Nazirliyinə etiraz notası verib.

1news.az

Paylaş:
512

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər