Tiflisdə "Qazproma yox!" şüarları ilə aksiya keçirilib - FOTO
Martın 6-da Gürcüstan paytaxtında rusiya səfirliyinin keçmiş binası qarşısında etiraz aksiyası keçirilib.
1news.az Qruziya onlayn saytına istinadən xəbər verir ki, minlərlə insan "Qazproma yox!" şüarları ilə aksiyaya qatılıb. Aksiya “Vahid milli hərəkat” tərəfindən təşkil olunub.
Aksiya iştirakçıları qeyd ediblər ki, Azərbaycan Gürcüstanın mehriban qonşusu və sədaqətli tərəfdaşdır.
“Bu aksiya “Qazprom” əleyhinə yönəlib. Bu aksiyalar sistematik keçiriləcək, cünki keçmiş baş nazir Bidzina İvanişviliyə inanmaq mümkün deyil”- deyə aksiya iştirakçısı bildirib.
Qeyd edək ki, artıq Gürcüstan və Azərbaycan arasında qaz təchizatına dair razılaşma əldə olunub və Azərbaycandan Gürcüstana əlavə 500 mln. kub/metr həcmdə əlavə təbii qaz verilməsi haqqında razılaşma imzalanıb.
Gürcüstan həmçinin Rusiya ilə də tranzit haqqını təbii qazla ödəmək barədə razılaşıb.
1news.az